!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir Hidayət Orucov Qırğız Respublikası Parlamentinin sədri ilə görüşüb

!Reklam – Yazi

unnamed2016-cı ilin dekabr ayının 2-də Qırğız Respublikası Parlamentinin sədri Çınıbay Tursunbekov ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilmişdir.
Çınıbay Tursunbekov Azərbaycan səfirini Parlamentdə görməyinə görə şad olduğunu, Hidayət Orucovun Qırğızstanın səmimi dostu olaraq yadında qaldığını bildirmişdir.

Parlament sədri son illər ölkələr arasında əlaqələrin yüksələn dinamikasından məmnunluğunu bildirmişdir. O, bu ilin sentyabr ayının 26-da Azərbaycanda uğurla keçirilən referenduma görə səfiri təbrik etmiş və bu uğurun xalqın öz Prezidentinə inamının və sevgisinin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Qırğız Parlamentinin spikeri bu ilin sentyabr ayının 29-30-da Azərbaycanda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirildiyini, Qırğızstanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıdan xoş fikirlərlə qayıtdığını bildirmişdir. O, dünyada baş verən çətin zamanlarda belə tədbirlərin keçirilməsinin vacibliyi bildirmişdir.

Səfir Hidayət Orucov Çınıbay Tursunbekovu Parlamentin sədri seçilməsi münasibətilə təbrik etmişdir. O, bu ilin dekabr ayının 11-də Qırğızstanda “Qırğız Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi haqqında” Qanun layihəsi ilə bağlı keçiriləcək referenduma uğurlar arzu etmişdir.

Azərbaycan ilə Qırğızstan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini qeyd etmişdir. Səfir ölkə Parlamentləri, dostluq qrupları, həmçinin hakim partiyalar arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Qırğızstan Parlamentin sədri ölkəsinin Azərbaycanı təkcə sıx əməkdaşlıq etdiyi ölkə kimi yox, həm də pis gündə yanında olan qardaş kimi qəbul etdiyini qeyd etmişdir. O, bu il Qırğızstanda keçirilən “II Ümumdünya Köçərilər Oyunları”nda Azərbaycan Prezidentinin tapşırığı ilə böyük nümayəndə heyətinin iştirak etməsinin ölkələri üçün çox böyük önəm daşıdığını xüsusilə vurğulamışdır.
Səfir Hidayət Orucov Azərbaycanın bundan sonra da qardaş Qırğızstanı dəstəkləyəcəyini bildirmişdir. O, dünya şöhrətli qırğız şairi Çingiz Aytmatovun bir çox yubiley tədbirlərinin ölkəmizdə keçirildiyini, hətta Ç.Aytmatovun 80 illiyi yubileyində Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin onun “Dostluq” ordeni ilə təltif etdiyini söyləmişdir.

Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilmişdir.

Səfir bütün sahələrə olduğu kimi, Səfirliyimizin Azərbaycan ilə Qırğızstanın regionlarının arasında da əməkdaşlıq əlaqələrinin yaranması üçün davamlı işin apardığını demişdir. O, artıq Qırğızstanın Çuy vilayətinin Kant şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyətinin Qubada səfərdə olduğunu və Quba ilə Kant şəhəri arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalandığını, həmçinin bu ilin dekabr ayının 16-da Quba rayonun icra başçısının rəhbərlik edəcəyi nümayəndə heyətinin Qırğızstana səfərə gələcəyini və səfər çərçivəsində memorandumun imzalanacağını söyləmişdir.
Spiker regionlararası əlaqələrin yaranmasının çox vacib məsələ olduğunu, xalqlarımızın bir-birlərini daha yaxşı tanımağa imkan verəcəyini qeyd etmişdir.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv