!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir Hidayət Orucov Qırğız Respublikasının Baş nazirinin müavini ilə görüşüb

!Reklam – Yazi

unnamed (1)2016-ci ilin avqust ayının 19-da Qırğız Respublikasının Baş nazirin müavini xanım Gulmirə Kudayberdiyeva ilə Azərbaycan

Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucov arasında görüş keçirilmişdir.

Baş nazirinin müavini səfiri salamlayaraq qeyd etmişdir, tarixi dostluq əlaqələri olan Azərbaycan və Qırğız xalqlarının əlaqələrinin inkişafını görmək qürur verir.

Səfir Gulmirə Kudayberdiyevanı Baş nazirinin müavini təyin olunması ilə bağlı təbrik etmiş və bildirmişdir ki, onun nəzarət etdiyi sahələr üzrə əlaqələrimiz yüksək templə inkişaf edir.

G.Kudayberdiyeva səfirə təşəkkür edərək və Azərbaycan ilə Qırğızstan arasında surətlə böyüyən qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün bütün səylərin göstəriləcəyini bildirmişdir.
Səfir qeyd etmişdir ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilmiş, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılmışdır.

Səfir bu ilin oktyabr ayında qırğız şairi Jusub Balasaqının 1000 illiyi yubileyinin Azərbaycanda keçiriləcəyi haqqında məlumat vermişdir. O, 2014-ci ilin dekabr ayında qırğız şairi Toktoqul Satılqanovun 150 illiyinə həsr olunan, həmçinin 2013-cü ildə dahi yazıçı Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yüksək səviyyəli tədbirlərin Bakıda keçirildiyini qeyd etmişdir.

Baş nazirin müavini Azərbaycana göstərilən bu davamlı diqqət və sayğıya görə təşəkkür etmiş, Qırğızstanda Səfirlik tərəfindən keçirilən tədbirlərdən məlumatlı olduğunu qeyd edərək, o tədbirlər haqqında yüksək fikirlərin uzun müddət xalq arasında səsləndiyini bildirmişdir.

Görüşdə 2017-ci ilin yazında Azərbaycanın Qırğızstanda, payızında isə Qırğızstanın Azərbaycanda mədəniyyət günlərinin payızda keçirilməsi məsələləri müzakirə edilmişdir.

Hidayət Orucov iki ölkə arasında mədəniyyət günlərinin keçirilməsini ilk dəfə baş tutacağını və bunun qardaş xalqları bir-birinə daha da yaxınlaşdıracağını qeyd etmişdir.

Gulmirə Kudayberdiyeva mədəniyyət günlərinin keçirilməsi sevindirici hal olduğunu və bunun üçün hər bir hazırlığın gedəcəyini bildirmişdir.

Baş nazirin müavini V Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edildiyi üçün təşəkkür etmiş və belə dünya miqyaslı möhtəşəm tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini qeyd etmişdir.
Səfir Bakı Beynəlxalq Humanitar Forumu və xanım Kudayberdiyevanın başçılıq edəcəyi nümayəndə heyətinin digər üzvləri haqqında geniş məlumat vermişdir.

G.Kudayberdiyeva Azərbaycanda heç vaxt olmadığını, ancaq daimi olaraq Azərbaycanda gedən böyük inkişafdan məlumatlı olduğunu və Bakının gözəlləyini gedib görəcəyinə görə şad olduğunu vurğulamışdır.
Baş nazirin müavini qeyd etmişdir ki, 2016-cı ilin sentyabr ayının 3-dən – 8-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində “II Ümumdünya Köçərilər Oyunları” keçiriləcəkdir.
Səfir isə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasından “I Ümumdünya köçərilər oyunları”nda olduğu kimi, bu yarışlarda da Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun başçılıq edəcəyi böyük nümayəndə heyəti iştirak edəcəkdir.

G.Kudayberdiyeva Azərbaycan Prezidentinə və xalqına Qırğızstanı bu tədbirin baş tutmasında və keçirilməsində verdiyi böyük dəstəyə görə dərin təşəkkürünü bildirmişdir.

Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt ölkə başçılarımızın siyasətinin prioritet istiqamətlərindəndir.
Baş nazirin müavini isə öz növbəsində qeyd etmişdir ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv