!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səfiri öldürənlər Türkiyə haqda “zəif dövlət” təsəvvürü yaratmağa çalışırlar” – Türk politoloq

!Reklam – Yazi

qetlkarlovRusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin xarici kəşfiyyatın təlimatı ilə təşkil olunduğu bildirilir.

Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin səbəbləri haqqında Yeniçağ.Az-a danışan Türkiyənin “Strategic Outloook” qurumunun rəhbəri doktor Yusuf Çınar bu hadisənin törədilməsində xarici kəşfiyyat qruplarının rolunu önə çəkib:

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinin sadə bir hadisə olmadığını düşünürəm. Çünki səfirlər adətən, son dəqiqəyə qədər gedəcəkləri yerlə bağlı təhlükəsizlik baxımından hər hansı problemin olmayacağı dəqiqləşirsə, yalnız o halda iştirak edirlər. Əksər hallarda səfirlərin proqramı barəsində hətta ən yaxın mühafizəçiləri belə son anda məlumatlandırılırlar. Bu halda 22 yaşlı gənc bir polis tərəfindən Rusiya səfirinin qətlə yetirilməsi diqqətlə araşdırılmalıdır. Bilirsiniz ki, 15 iyul çevrilişinə uğursuz cəhdi FETÖ terror şəbəkəsi həyata keçirtmişdi. 15 iyuldan sonra FETÖ ilə bağlılığı olan çox sayda polis məmuru vəzifəsindən uzaqlaşdırıldı. Ancaq FETÖ-ya üzvlüyü hələ ifşa edilməyən bir sıra polislərin indiyə kimi vəzifə başında olduqları məlum olsa da, onların şəxsiyyəti dəqiqləşdirilməyib. Səfiri qətlə yetirən terrorçunun bu aksiyanı təkbaşına planlaşdırdığını düşünmürəm. Şübhə yoxdur ki, o, xarici kəşfiyyat təmsilçiləri tərəfindən təlimatlandırılıb. Təəssüf ki, bu terror hücumu çox əhəmiyyətli bir dönəmdə həyata keçirilib. Xüsusilə, “Türk axını” layihəsi gələn il yanvarın 9-da Rusiyanın Dövlət Dumasında müzakirəyə çıxarılaraq, onunla bağlı səsvermə keçiriləcəkdi. Digər tərəfdən, Rusiya ilə Türkiyə Xarici işlər nazirlərinin Suriya məsələsini müzakirə edəcəkləri ərəfədə törədilmiş bu hadisənin iki ölkənin yaxınlaşmasından narahat olan qüvvələr tərəfindən hazırlanıb gerçəkləşdirildiyi qənaətindəyəm. Bu hadisəni planlaşdıranlar Türkiyənin “zəif bir dövlət” olduğu təsəvvürünü yaratmağa çalışırlar. Fikrimcə, səfirin öldürülməsindən bir neçə gün əvvəl İstanbul və Kayseridə PKK-nın kamikadzelər vasitəsilə təşkil etdiyi terror hücumları da Türkiyədə xaos görüntüsünü gücləndirmək istəyən çevrələr tərəfindən hazırlanıb”.

Y. Çinar əlavə edib ki, A.Karlovun qətlini təşkil edən çevrələrin başqa bir məqsədi dünyanın gözlədiyi ABŞ-Rusiya yaxınlaşmasının baş tutmasını əngəlləməkdir:

“Bu hücumla Rusiyaya verilən gözdağının hədəfi Vladimir Putindir. Son dövrlərdə Rusiya Suriya böhranı dalğasında dünya siyasətinə təsirini maksimum artırıb. ABŞ mediası Rusiyanın bu qədər güclənməsinə görə görə Obama administrasiyasını tənqid etməkdədir. Bu arada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə yaxşı münasibətləri olan “Exxon mobil” neft şirkətinin rəhbəri Reks Tillersonun dövlət katibi postuna namizədliyini elan edib. Bildiyimiz qədər, Trampın özü də Putinə müsbət münasibətini dəfələrlə dilə gətirib. Dünya Trampın dövlət katibi vəzifəsinə namizəd seçimindən sonra ABŞ-Rusiya münasibətlərinin yumşalacağı qənaəti yaranarkən, Rusiya səfirinin qətlə yetirilməsi bu ölkələr arasında yaxınlaşmanı istəməyən gizli bir qüvvənin olduğunu söyləmək mümkündür”.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv