Yazı İçi 468×60

245002Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri cəbhə bölgəsində kəndində səfərdədirlər.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd hazırda xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş 80-dən çox nümayəndəsini cəbhəyanı ərazilərdəki vəziyyətlə tanış etməkdir.

“2 aprel tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar, xüsusən də, Tərtər, Ağdam istiqamətində yaşayış məntəqələrini hədəfə alması və bunun nəticəsində də şəxsi və dövlət mülkiyyətinə dəymiş zərər haqqında beynəlxalq ictimaiyyəti, xüsusilə də, Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatların məlumatlandırılması məqsədi daşıyır. Onlar bu erməni vəhşilikləri ilə bir daha da tanış olacaqlar. Proqramda diplomatik nümayəndiklərin rəhbərləri, hərbi attaşelər iştirak edirlər”, – deyə qurum rəsmisi bildirdi.

Cəbhəyanı ərazilərə səfər edənlər arasında Rusiyanın, Avstriyanın, İtaliyanın, Niderlandın və Türkiyənin Azərbaycandakı səfirləri də var.

Bundan əvvəl, yəni, aprelin 6-da da Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələri cəbhə bölgəsinə səfər ediblər.

Qrupa “Al Jazeera International”, “Komsomolskaya pravda”, “Reuters”, “Associated Press”, “France-Presse”, “Kommersant”, “Novaya vremya”, “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər daxil idi.

Səfər 1 gün davam edib. Onlar əsasən Füzuli, Tərtər və Ağdam istiqamətlərində olublar. Jurnalistlərin cəbhə xəttinə səfəri Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan təmas xəttində baş verən gərginliklərə görə qarşı tərəfin ağır silahlardan istifadə etməsi nəticəsində cəbhəyə yaxın ərazilərdə yerləşən kəndlərə ziyan dəyib. Onlar əsasən Füzuli, Ağdam, Tərtər və Goranboyun cəbhəyanı kəndlərini atəşə tutublar. Nəticədə dinc sakinlərin yaşadığı evlərə ağır artilleriya mərmiləri düşüb. (anspress)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."