!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səfirlərimiz sürücülük edir” – Azay Quliyev

!Reklam – Yazi

Millət vəkili Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin büdcəsini artırmağı təklif edib.

Yenicag.az xəbər verir ki, bu gün Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin noyabrın 21-də başlanmış müzakirəsi davam etdirilib. Bugünkü müzakirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbəri olduğu qurumun və xarici ölkələrdəki səfirliklərin büdcəsinin artırılmasının vacibliyini bildirib:

“Mən bu barədə danışmaq istəmirdim, ancaq məcburam. Rəhbəri olduğum Şuraya dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil azaldılması bizim üçün də problemlər yaradır. Təsəvvür edin ki, ötən il Şura üçün nəzərdə tutulan vəsaitin 400 min manatı bizə hələ də köçürülməyib. Ölkədə 3 min civarında QHT-nin olduğunu nəzərə alsaq, Şuraya ayrılan vəsaitdən o təşkilatların hər birinə 1000-1300 manat pul düşür, bu da çox azdır. Gələn il ölkədə prezident seçkilərinin keçirilməsi gözlənilir.

QHT-lər ötən seçkilərdə müşahidəçiliklə bağlı geniş layihələr həyata keçiriblər. Ancaq Şuraya ayrılan vəsaitin azlığı həmin layihələrin maliyyələşdirilməsini çətinləşdirəcək. Başqa bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, son illərdə qənaət rejiminə keçidlə əlaqədar xərclərdə müəyyən ixtisarlar olub və bu məsələ xarici ölkələrdəki səfirliklərimizi də əhatə edib. Səfirliklərimizin büdcəsinin azaldılması onların Azərbaycan üçün əlamətdar günlərlə bağlı tədbirlər keçirtmək imkanlarını xeyli məhdudlaşdırıb. Səfirliklərin büdcəsinin azaldılması hətta elə şərait yaradıb ki, bəzilərində sürücü ştatı da ləğv edilib və səfirlərimiz onlar üçün ayrılan maşınları özləri sürür, yəni sürücülük edirlər.

Fikrimcə, səfirliklərimizin büdcəsini artırmaq lazımdır ki, onlar heç olmasa ştata sürücü götürə bilsinlər. Mən xahiş edərdim ki, Maliyyə Nazirliyi bu məsələlərlə bağlı təkliflərimizə diqqətlə yanaşsın”.

Araz Zeynalov

www.yenicag.az

2741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv