444271691476192080Azərbaycanda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyiklik təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanunda nəzərdə tutulmuş dəyişiklik haqqında Modern.az-a açıqlamasında məlumat verib.

Deputat bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna edilən yeni dəyikliklə Elmlər Akademiyasının magistr pilləsində təhsil alan və valideyn himayəsindən məhrum olanlar təhsil haqqında azad olunurlar:

“Bu dəyişikliklə digər dövlət ali təhsil müəssisələrinin magistr pilləsi ilə yanaşı, Elmlər Akademiyasının da magistr pilləsində təhsil alan, valideyn himayəsindən məhrum olanlar təhsil haqqı ödəməyəcəklər”.
Hadı Rəcəbli deyib ki, valideynlərini itirmiş vətəndaş istənilən yaşda magistr təhsili alarsa, təhsil haqqından azad olunacaq.

“Qanunda magistr təhsilinə başlamaq yaxşı 23 göstərilib. Amma yeni dəyişikliklə neçə yaşda olmasında asılı olmayaraq valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş magistrlər təhsil haqqı ödəməyəcəklər.
Bununla da “Təhsil haqqında”qanuna da etdiyimiz düzəliş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna da edilir”-deyə komitə sədri bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."