Şəhid ailəsinin puluna göz dikən sığorta şirkətini tanıyın

Müəllif: Baş Redaktor

Baş Redaktor

dovlet_sigorta_shirketiAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə sığorta şirkətləri haqqında işini yekunlaşdırıb.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda bu sektorla əlaqəli 4557 xəbər yerləşdirilib – 758 xəbərdə konkret şirkət adı çəkilib. Bunlardan 711-i neytral, 9-u müsbət, 38-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Buta Sığorta (11 xəbər – ləğv olunması), Rəvan Sığorta (9 xəbər – müştəriləri aldatması iddiası), Dövlət Sığorta Kommersiya Şirkəti (8 xəbər – sığorta şirkətinin şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina etməsi). Müsbət xəbərlər isə Paşa Həyat Sığorta (9 xəbər – Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) şirkətinə məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Paşa Həyat Sığorta                                        162 xəbər
  2. Beynəlxalq Sığorta Şirkəti                             78 xəbər
  3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    78 xəbər
  4. Atəşgah Sığorta                                            58 xəbər
  5. Buta Sığorta                                                   50 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 493 xəbər dərc edilib – 55 xəbərdə hər hansı bir şirkətin adı çəkilib. Bu xəbərlərdən 2-si mənfi, 2-si müsbət, 51-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance (1 xəbər – sığorta şirkətinin fəaliyyətini dayandırması iddiası) və Bakı Sığorta şirkətinə (1 xəbər – vətəndaşları aldatması iddiası) məxsusdur. Müsbət xəbərlər isə Paşa Həyat Sığorta şirkətinə (2 xəbər – Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

  1. Paşa Həyat Sığorta                                        11 xəbər
  2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    10 xəbər
  3. Beynəlxalq Sığorta Şirkəti                             10 xəbər
  4. Atəşgah Sığorta                                             5 xəbər
  5. Paşa Sığorta                                                   4 xəbər

 

 

İyun ayında televiziya kanallarında sığorta ilə bağlı 115 xəbər göstərilib – 11 neytral xəbərdə konkret şirkətin adı qeyd olunub.

 

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    9 xəbər
  2. Buta Sığorta                                                  1 xəbər
  3. Paşa Həyat Sığorta                                        1 xəbər

Radio kanallarında iyun ayında bu sektorla əlaqəli xəbər verilməyib.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır