www.sinerjipro.net

SinerjiProWide
Reklam

fidan3camil_guliyev_230612Milli Qəhrəman Kazım Məmmədovun atası Ərşad Məmmədov İTV-nin baş direktoru Cəmil Quliyevə təşəkkür məktubu yazıb.

Azadinform xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Cəmil müəllim! Sizin bir şəhid atasının xahişinə belə diqqət yetirməniz və bu istəyin müsbət həll olunmasına müdaxilə etməniz məni çox sevindirdi.

Bu sizin insanpərvərliyiniz və şəhidlərə dərin hörmətinizin təzahürü idi. Bəlkə də başqası üçün bu işin elə bir əhəmiyyəti yoxdur, ancaq bir şəhid atası üçün bu çox iftixar doğuran və təsəlliverici işdir. Bu həm də şəhidlərə öz canlarını Vətən torpağı üçün qurban vermişlərə, onların əziz xatirəsinə ən böyük hörmət və ehtiramdır. Yəqin ki, Allah da bu cür xeyirxah və savab işləri unutmaz.

Hörmətli Cəmil müəllim! Sizin rəhbərliyiniz altında çalışan bu gənc bacarıqlı və işgüzar kollektivə öz təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Cəmil müəllim! Oğlum, Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Kazım Ərşad oğlu haqqında belə maraqlı, təsirli və məzmunlu bir filmin hazırlanmasına göstərdiyiniz köməyə və təşkilatçılığa görə, özümün və bütün Məmmədovlar ailəsinin adından sizə səmimi qəlbdən təşəkkür edirəm!

Allah həmişə sizə yar olsun”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."