www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Yenicag.az-ın məlumatına görə, 18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, deputat Əflatun Amaşov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3787
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."