Yazı İçi 468×60

Şəhidin tabutuna bükülən üçrəngli bayraq ailəsinə təqdim olunub

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib.
“Report”un Şimal bürosunun məlumatına görə,1994-cü il təvəllüdlü, şəhid Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin!

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."