Şəhid əsgərin son statusu: “Özünüzə yaxşı baxın…”(FOTOLAR)

Şəhid əsgərin son statusu: “Özünüzə yaxşı baxın…”(FOTOLAR)

Müəllif: Redaktor

Editor

qurbanli fexreddin sehidimiz (6)Cəbhdə xəttində gedən döyüşlərdə şəhid olan Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Azərbaycan Universitetinin məzunu olub.

Bu barədə AzVision.az-a universitetdən bildirilib.

Qeyd edilib ki, 23 yaşlı Fəxrəddin Qurbanlı hərbi xidmətini yerinə yetirərkən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olub.

O, 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirib.

Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı son status diqqət çəkib:

“Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5ay. Məzuniyyətdə olduğun vaxt hiss elədim ki, 23 illik həyatım boş yere getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti