Şəhid mayor Elnur Əliyev: Qəhrəmanlıq simvolu – FOTO/VİDEO

Şəhid mayor Elnur Əliyev: Qəhrəmanlıq simvolu – FOTO/VİDEO

Müəllif: Redaktor

Editor

245913Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir. 7news.Az xəbər verir ki, mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və qəhrəmancasına şəhid olub. E. Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir. Şəkildəki uşaq şəhid Elnur Əliyevin oğludur.

Məlumat üçün qeyd edək ki, Şəhid Elnur Əliyev tanınmış icmalçı, ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyevlə birgə təhsil alıb. Son bir ayda baş verən hərbi proseslərdən sonra A.Verdiyev könüllü şəkildə cəbhə xəttinə gedib. Ən qaynar nöqtələrdə əsgərlərə dəstək olan A.Verdiyev şəhid-mayor Elnur Əliyevin qırx mərasimində də iştirak edib. Bu barədə 7news.Az saytına Azər Verdiyevin özü məlumat verib: “Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub. Biz həm şəhidimizin dəfnində iştirak etdik, hal-hazırda 40 mərasimindəyik. Izdiham, xalqın şəhid ailəsinə dəstəyi Elnurun əməyinin boşa getmədiyindən xəbər verir. Ailəni ziyarətdən öncə Lələ Təpənin işğaldan azad etmək üçün döyüşdə iştirak etmiş əsgər və hərbiçilərimizlə söhbət etmişdik. Hamısı mayor Elnur Əliyevin necə mərd, qəhrəman bir hərbiçi, gözəl insan, Vətənini dəlicəsinə sevən bir oğul olduğunu vurğulayırdılar, onu necə qəhrəmanlıq örnəyi qoyduğundan ürək dolusu danışırdılar. Onun qəhrəmanlığı uşaqlarımızı öyrədilməli, KİV-lərimiz onun haqqında, qəhrəmanlığı haqqında daha çox yazılar hazırlamalı, sənədli filmlər çəkilməlidir.Çünki o qəhrəmanlığı ilə örnək bir Vətən övladıdır. Ömrü ön cəbhədə keçmişdi. Elnur şəhid qardaşımız. Evləri 1993-cü ildə işğal olunmuşdu. Anasını tez itirmişdi. Sonra atasını. Evin böyüyü idi. Həyatını hərbi ilə bağlamaq qərarı verdi. Çünki ən böyük arzusu Vətən torpaqlaırını, ata yurdunu,evini düşməndən azad etmək idi. İllər əvvəl Tovuzda ön cəbhədə xidmət etdiyi zaman onunla söhbətlər zamanı onun bu müqqədəs arzu üçün yaşadığını hiss etmək çətin deyildi. Qardaşını Amid bəyi da hərbiçi olmağa meyilləndirmişdi. Qardaşı, bacısının həyat yoldaşı onun ardınca hərb peşəsinə yollanmışdılar. Vətəni işğaldan azad etmək üçün. Şəhid qardaşımız Elnur Əliyev Lələ Təpədə qəhrəmanlıqla döyüşüb və əsgərlərini xilas etmək üçün canını qurban verib. Onunla bütün millətimiz qürur duyur. İnşallah qanları yerdı qalmayacaq və inanırıq ki, torpaqlarımız tamamilə işğaldan azad olunanda onların ruhu da sevinəcək. Elnur QƏHRƏMANLIQ SİMVOLUNA çevrilib. Bizim üzərimizə düşən ən böyük iş onun əziz xatirəsini yaşatma və gələcək nəslə ötürməkdən ibarətdir. Şəhidimizin ailə-məişət şəraitinin daha da yaxşılaşdırılmasını vacib hesab edirəm. Cənab Prezident istənilən halda bütn şəhidlərimizin ailəlrinin hər bir şəraitlə, qayğı ilə əhatə olunması üçün lazımı tapşırıqları verib. Elnura da Cənab Prezidentin sərəncamı ilə 3-cü dərəcəli Vətənə Xidmətə görə orden verilib. Bu işdə vətəndaş cəmiyyəti də aktiv iştirak etməlidir”

 

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti