yenicag.az
yenicag.az

Şəhid mayor Təbriz Musazadənin xatirəsinə – VİDEO

Şəhid mayor Təbriz Musazadənin xatirəsinə – VİDEO

Müəllif: Redaktor

Editor

tebriz_8a91c53f1ed421577Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirilən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan üç pilotumuzdan biri mayor Təbriz Musazadədir.

Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinfi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.

Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də 35 yaşında qəhrəmancasına həlak olub.

Şəhid mayorun hərbçi həyatının əks olunduğu fotolardan ibarət videroliki təqdim edirik.

Cəmiyyət, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti