Şəhid olan MAXE torpağa tapşırıldı – Fotolar

Müəllif: Redaktor

Editor

12936674_798512713614280_2399402778682488464_nAprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan İsgəndərov Nicat Bəhruz oğlu bu gün dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, şəhid doğulduğu Tərtər rayonunda torpağa tapşırılıb. Onun dəfnində Müdafiə Nazirliyinin rəsmi nümayəndələri, qohumları, dostları iştirak ediblər.

Şəhidin qohumlarının dediyinə görə, Nicat İsgəndərov evin tək oğlu olub və hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) olub.

Allah rəhmət eləsin!


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır