!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid pilotlarımızla vida mərasimi – FOTOLAR

!Reklam – Yazi

sehidimizzzMüdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlarla və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılov şəhid olublar. Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

www.yenicag.az

867
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv