!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür" - Zeynəb Xanlarovadan müharibə çağırışı

!Reklam – Yazi

“Neçə illərdir ki, hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Xalq artisti, millət vəkili Zeynəb Xanlarova deyib.

Deputat bildirib ki, müharibə edərək torpaqlarımızı azad etməliyik: “25 ildə xeyli gəncimiz şəhid olub. Niyə belə olmalıdır? ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim ərazimizi işğal edib, evimizə girib. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridir. Birdəfəlik müharibə etməliyik. Biz öz torpaqlarımız uğrunda vuruşacayıq”.

Yeniçağ.az

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv