Şəhidin cənazəsi ailəsinə verildi

Müəllif: Redaktor

Editor

hehidkryhndÖtən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib.

Yenicag.az Ans Press-ə istinadən xəbər verir ki, şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.

Əliyevlər ailəsinin iki övladı var. Vüsal sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır