"Şəhidin nəşinin alınması üçün ciddi tədbirlər görülməlidir" - Nazir

Müəllif: Redaktor

Editor

Yanvarın 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır