“Şəhidlər məscidi” yenidən istifadəyə veriləcək

Müəllif: Redaktor

Editor

24421“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və yenidən təmir işlərinə bağlanan “Şəhidlər məscidi” kimi tanınan ibadət evi yaxın zamanlarda yenidən istifadəyə veriləcək”.

Bu sözləri “Bizim Yol”-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi bildirib. Məsciddəki təmir işlərini BŞİH-i həyata keçirir. İş icraçısının sözlərinə görə, onlar ibadət evinin daxilində və minarələrində təmiri işi ilə məşğuldurlar.

Qeyd edək ki, 28 iyun 1996-cı ildən ibadətə açılan məscid 2008-ci ildən təmirə bağlansa da uzun müddət orada heç bir iş görülməyib.

“Şəhidlər məscidi” yenidən istifadəyə veriləcək

“Şəhidlər məscidi” yenidən istifadəyə veriləcək



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır