yenicag.az
yenicag.az

Şəhidlər Xiyabanını dağıdan Əziz Əzizovun biznes imperiyası – FOTOLAR

Şəhidlər Xiyabanını dağıdan Əziz Əzizovun biznes imperiyası – FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

1461004009_aa98b37587a36622c7cbb5052f3d474bSSRİ dövründə Azərbaycanın ən böyük taxılçılıq və pambıqçılıq rayonlarından biri olan Cəlilabad bu gün çox ağır günlər yaşayır.  Ərazisinə görə böyük rayonlardan biri olan Cəlilabad sözün hər mənasında ən bərbad və çirkab içində batan əyalət şəhərlərindən biridir.  İşsizlikdən rayon əhalisi hər keçən gün azalır. Buna rəğmən bir qrup insan  gün keçdikcə, varlanır. Açıqcası, Cəlilabad bir qrup insanın əsirinə cevrilib. İcra başçısı mütamadi olaraq sahibkarları sıxışdırır. Abadlıq adı altında hər ay sahibkarlardan pul toplanır. Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bu rayonu iflic edib.

Biz rayonda olduğumuz müddətdə Əziz Əzizovun rayonun sosial iktisadi inkşafı üçün həyata keçirilən lahiyyələrdən istifadə edərək öz şəxsi biznesini gücləndirdiyinin şahidi də olduq. Rayon sakinlərinin məlumatına görə biznesmen icra başçısı “Ülvi” şadlıq sarayını tikməklə rayon ərazisindəki bütün toyların bu şadlıq sarayında keçirtməyə göstəriş verib. İcra başçısı rayonun təmiri, abadlaşdırılmasında istifadə edilən mal matrealalrın alınması üçün Cəlilabad şəhərinin girəcəyində bir neçə tikintimaterialları topdan satış mərkəzini açdırıb.

Qeyd edək ki, Əziz Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub.Dövlət başçısının rayonların sosial iktisadı inkşafı üçün ayırdığı milyonlarla vəsaitdən daha effektli bəhrələnmək üçün icra başçısı tikinti materiallarını öz dükanından alır. Təbii ki, bu zaman qiymətlər də bir neçə dəfə şişirdilir. Belə ki, rayon mərkəzinin abadlaşdırılması üçün istifadə olunan üzlük, mərmər daşları icra başçsının ticarət obyektlərindən alınır. Rayon sakinləri bizimlə söhbətlərində bildirdilər ki,icra başçısı məcburən bu materialları onları satdırır. “Biz küçə boyu öz hasarlarımızı söküb,yenidən tikirik. İcra başçısı yerli sakinləri məcbur edir ki,onların evlərin küçədən baxanda görsənməməlidir. Bu biabırçı bir addımdır. Neçə ola bilər ki,mən hasar tikmək üçün məcburən bankdan kredit götürmüşəm.”

1461004327_1qYollardan da göründüyü kimi Cəlilabadda “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı yarımçıq icra olunub. Belə ki, 9 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu məqsədlə Cəlilabad rayon İcra Hakimiyyətinin balansına 2 milyon manat köçürülüb. Dövlət başçısının digər sərəncamı ilə 23 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İH-ə ilkin 2 milyon manat ayrılıb.

Bu hadisədən 1 il keçməmiş prezident daha bir sərəncam imzalayıb. Prezidentin 8 dekabr 2014-cü il sərəncamı ilə Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən nə az, nə çox, düz 6,1 milyon manat ayrılıb. Ümumilikdə iki il ərzində 10 milyon manatdan çox vəsait ayrılan rayonun yolları bu gün də bərbadlığı ilə “göz oxşayır”. Bu isə dövlət rəhbərliyinə və sərəncama qarşı xəyanətdir. Prezident son çıxışlarında da icra hakimlərinə xəbərdarlıq edib və bildirib ki, bu günə kimi büdcədən vəsaitlər ayrılırdı, rayonlar dotasiya ilə özünü saxlayırdı. Artıq öz daxili resursları hesabına icra hakimiyyətləri fəaliyyət göstərməlidir.

1461004296_2qƏ.Əzizov isə geridə qalan dövrdə etimadı doğrultmayıb və milyonları havaya sovurub. Bunun nəticəsidir ki, icra başçısının biznes şəbəkəsi genişlənib. Təbii ki, digər məmurlar kimi Cəlilabadın şefi də mal-mülkünü, kommersiya obyektlərini yaxınlarının adına rəsmiləşdirib. Buna baxmayaraq, onun hansı biznes obyektlərinə sahib olduğu sirr deyil.

Mətbuatın yazdığına görə, başçı Cəlilabadda “Cəlilabad-broyler”, “Woodpecker”, “Kristal”, “Avanqard”, “Cəlilabad şərab-2”, “Namiq-94” şirkətləri fəaliyyətdədir. Əzizov paytaxtda da biznes zəncirini qura bilib.

220

Bundan başqa, Əzizov rayonun yaşıllığını məhv edərək tikinti meydançasına çevirib. Cəlilabadda bütün istirahət parklarının ərazisi satılıb. Onların yerində çayxana, ticarət obyektləri və kafelər tikilib.

Kağız üzərində təmir olunduğu deyilən, and yerimiz olan Şəhidlər Xiyabanının bərbad gündə olması Əziz Əzizovun necə işlədiyinin bariz nümünəsidir. Zibilliklər içində gedən şəhid qəbirlərini yəqin Əziz Əzizov “görmür”. Amma Şəhidlər Xiyabanının cəmi 10 metrliyində olan şadlıq evini icra başçısı yaxşı görür.

92İcra başçısı rayondakı bütün çörək sexlərinin fəaliyyətini iflic hala salıb. O özünə şəxsi çörək zavodu açaraq bütün sexlərdəki çörək istehsalını qadağan edib.

Torpağının münbitliyinə görə Cəlilabad SSRİ dövründə 2-ci Ukrayna adlandırılırdı. Bu gün də Cəlilabadın o münbit torpağı maşınlarla Bakıya daşınır. Torpağı belə satıb, gəlir əldə edir.

Digər bölgələri öz torpağıyla yaşıllığa çevirən Cəlilabad şəhərinin mərkəzi səhranı xatırladır. Başçı büdcə pulları ilə özünə hər cür şərait yaradıb. Məsələn, “Tut bağı” adlanan yerdə böyük şadlıq evi tikdirib. Amma bu, icra başçısının biznesinin bir hissəsidir.

02

Başçının obyektləri Cəlilabadla yekunlaşmır. Məsələn, Bakıda fəaliyyət göstərən “Baku Mall” Ticarət Mərkəzinin iki şərikindən biri də Əziz Əzizovdur.

baku-mall

Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin Beynəlxalq Bankın Cəlilabad  filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir. Başçının kirli pulları silmək üçün istifadə etdiyi bu filial rəhbərliyi də “qara kassası” Xaliq Abbasov həyata keçirir.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Azerinfo.org

Araşdırma, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti