www.sinerjipro.net

SinerjiProWide
Reklam

3a9e5c36532c33ad485155e6eef7f867Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1989-cu il təvəllüdlü Dədəkişiyev Cavid Gülbaba oğlu anadan olduğu İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində rayonun icra, digər strukturlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutuna çəkilən dövlət bayrağı atasına təqdim olunub.

Döyüşlərdə şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Tural Gülsad oğlu Qurbanov isə doğulduğu Kürdəmir rayonunun Sığırlı kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbçilər, millət vəkilləri, minlərlə rayon sakini iştirak edib.

Şəhid T. Qurbanovun iki övladı var.

***

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri, 1981-ci il təvəllüdlü Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.

***

Azərbaycan Ordusunun ermənilərin hücumu zamanı şəhid olan baş leytenantı, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov dəfn edilib.

Şəhid hərbçimiz doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, E. İsgəndərovun döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

***

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Sərxan Oqtay oğlu Bayramov dəfn edilib.

S. Bayramov doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala İcra Hakimiyyətinin, Rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların və ictimaiyyət nümayəndələri iştirak edib.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 82
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."