yenicag.az

Şəhidlərimizin dəfnindən 40 gün keçdi

Şəhidlərimizin dəfnindən 40 gün keçdi

Müəllif: Redaktor

Editor

fon plt (11)Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin 40 mərasimidir.

II Fəxri Xiyabanda şəhidlərin məzarını ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri ziyarət ediblər.

Xəbər verdiyimiz kimi şəhid pilotlarımızın hər üçü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər.

Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin layiq görüldüyü “Milli Qəhrəman” adı onun məzarında əks olunub.

Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Əbubəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.

Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycan tərəfə təhvil verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar.

 

Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti