yenicag.az

Səhiyyə Nazirliyi o nazirliklə birləşəcək(?)

Səhiyyə Nazirliyi o nazirliklə birləşəcək(?)

Müəllif: Baş Redaktor

Baş Redaktor

trend_health_ministry_060215Adil Qeybulla: “SN ilə ƏƏSMN birləşsin”

Səhiyyə Nazirliyindəki (SN)mənbədən Yenicag.az-a verilən məlumata görə, ölkədə keçirilən islahatlar nəticəsində bu nazirliyin bir sıra səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) veriləcək.  Səlahiyyətləri ƏƏSMN-ə veriləcək sahələrdən biri də icbari tibbi sığorta məsələsinin həyata keçirilməsidir. Qeyd edək ki, 1999-ci ildən “İcbari tibbi sığorta haqqında qanun qəbul edilsə də, bu günə qədər həmin məsələdə zərrə qədər də olsa irəliləyiş əldə olunmayıb. Qanun hələ də ancaq kağız üzərində qalır. Bu fonda görəsən, icbari tibbi sığortanın həyata keçirilməsi işinin ƏƏSMN-yə həvalə edilməsi görəsən nə dərəcədə məntiqlidir?

Tibb elmləri dokrotu Adil Qeybulla saytımıza açıqlamasında bildirdi ki, icbari tibbi sığortanın hansı orqan tərəfindən həyata keçirilməsi vacib şərt deyil, başlıcası odur ki, bunun üçün siyasi qərar olsun. Eyni zamanda, həmsöhbətimiz SN ilə ƏƏSMN-nin bir qurumda birləşməsini vacib saydı: “Burada başlıca uğurlu addım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin birləşməsi və vahid bir strukturda formalaşması ola bilər. Dünyanın əksər ölkələrində bu nazirliklər birgə çalışır, hətta qonşu Rusiyada belədir. İstərdim ki, ölkəmizdə də bu cür olsun. İkinci bir tərəfdən, icbari sosial sığorta məsələsinin reallaşmasının hansı orqan tərəfindən həyata keçirilməsi, təmin olunması  o qədər də vacib şərt deyil. Əsas məsələ onun nəhayət ki, reallaşdırılmasına nail olmaqdır. Uzun illərdir ki, bu barədə söhbət gedir, amma ortalıqda bir şey yoxdur. Yəni məsələnin həlli onun hansı orqana tapşırılmasından asılı deyil. İcbari tibbi sığorta prosesinin uzanması onu göstərir ki, burada həll yolunda başlıca məsələ siyasi qərardan asılıdır. Bu barədə sanksiya verilsə, yəqin ki, hansısa bir struktur onu bu və ya digər formada həyata keçirəcək”.

ELÇİN

Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti