Səhiyyə Nazirliyi tender elan edir

Müəllif: Redaktor

Editor

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC 2017-ci ildə təmir işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Təmir işlərinin satınalınması.

Təmir işlərinin müddəti –2017-ci il ərzində.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 31 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi MMC (əlaqələndirici şəxs: Xəlilov Vüqar İlqar oğlundan, telefon: (596-05-20) ala bilərlər.

TƏŞKILAT: ANALİTİK EKSPERTİZA MƏRKƏZİ MMC

HESAB: AZ95IBAZ38090019449693913207
VÖEN: 1300805451
Bank: Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı
Kod: 805614
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: BİK İBAZAZ 2x

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60  bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş  öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə  hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender  təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 mart 2017-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 mart 2017-ci il saat 18.00-a qədər, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 31 nömrəli ünvanda yerləşən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 mart 2017-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. (Tender komissiyası)

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir