Yazı İçi 468×60

15841244_788174907997684_41555088_nAzərbaycanda yüksək keyfiyyətdə və hamı üçün əlçatan səhiyyə xidmətlərinin göstərilməsini təmin edəcək elektron səhiyyə proqramının yaradılması nəzərdə tutulub.

Bu barədə “Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib. Proqram çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə bir neçə komponenti – elektron səhiyyə məlumatlarını, elektron qeydiyyat, rəqəmsal təsvirlər və elektron resepti birləşdirəcək.

Rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaqdır. Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılır. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar.

Bu sistemin tətbiqi Azərbaycan səhiyyəsinə nə verəcək?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, dünya təcrübəsinə görə həkimlər xəstələrə xüsusi hazırlanmış blanklarda reseptlər yazırlar və onu öz möhürləri ilə təsdiq edirlər. Onun sözlərinə görə, əgər xüsusi dərman preparatları varsa, onlar məxsusi formalı reseptlərdə qeyd edilir:

“Hazırda bir xəstənin xəstəlik tarixçəsi yazılı formada aparılır. Amma elektron məlumat bazasının yaradılması, orada bir xəstə haqqında məlumatların toplanması həm xəstələr, həm də həkimlər üçün xüsusi önəm daşıyır. Xüsusilə, bu elektronlaşma xroniki xəstələr üçün daha çox əhəmiyyətlidir. Çünki həmin xəstələrin müayinəsi, müalicəsi və qəbul etdiyi dərmanlar və onların təsirləri ilə bağlı həkimlər rahat şəkildə bazaya daxil olmaqla məlumat əldə edə biləcəklər. Bilirik ki, xəstələrin müəyyən qismi onlara yazılan reseptləri ya müəyyən müddətdən sonra, ya da yeni resept yazılarkən cırıb atır, ya da itirirlər. Amma elektron məlumat bazası formalaşsa, həkim xəstə ilə çox rahat dil tapa biləcək.

Bu prosesin nə qədər effektiv həyata keçiriləcəyi isə başqa məsələdir. Xüsusilə, regionlarda, kənd yerlərində fəaliyyət göstərən həkimlər bu elektron bazadan istifadə etmək imkanına malik olacaqlarmı? Səhiyyə ocaqlarının kompüterlərlə təminatı necə olacaq? Həmin həkimlərin texniki vərdişlərə yiyələnməsi üçün hansı addımlar atılacaq?

Elə kənd həkimləri var ki, “ağıllı telefon”lardan istifadə edə bilmirlər. Bu cür həkimlər kompüterlə necə davranacaqlar? Bu, inandırıcı deyil. Yəni, bu məsələ uzun vaxt aparacaq bir prosesdir. Biz səhiyyə sistemini inkişaf etdirmək istəyiriksə, elektronlaşmadan öncə düşünməliyik ki, bu proses necə həyata keçiriləcək və həkimlər, xəstələr bundan necə faydalanacaq?”

 

 

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."