Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, böyük tarix yazaraq qitənin ən nüfuzlu klub turnirində əsas mərhələyə vəsiqə qazanan Azərbaycan çempionu “Qarabağ” da ilk matçına çıxıb.

İndiyə qədər ÇL-in yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda baş tutub. C qrupunda mübarizə aparan “Qarabağ” 1-ci turda İngiltərə çempionu “Çelsi” ilə üz-üzə gəlib.

Londonun məşhur “Stemford Bric” stadionunda keçirilən görüş təmsilçimiz üçün uğursuz alınıb. Altı cavabsız qola üzülən komandamız güclü rəqibi qarşısında heç nə edə bilməyib.

C qrupunun digər oyununda İtaliyanın “Roma” klubu doğma meydanda Madrid “Atletiko”sunu (İspaniya) qəbul edib. Bu oyunda isə qapılara qol vurulmayıb.

UEFA Çempionlar Liqası
C qrupu
12 sentyabr

“Çelsi” – “Qarabağ” 6:0
Qol: P.Rodriqes, 5. D.Zappakosta, 30. S.Aspilikueta, 55. T.Bakayoko, 71. M.Batşuayi, 76. M.Medvedev, 82-öz qapısına.
Sarı vərəqə: Q.Keyhill, 16.
Hakimlər: Anastasios Sidiropulos, Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
London. “Stemford Bric” stadionu.

“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N`Qolo Kante (14. Tyemue Bakayoko, 63), 11. Pedro Rodriqes (10. Eden Azar, 58), 21. Davide Zappakosta, 22. Villian, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (k), 27. Andreas Kristensen, 28. Sesar Aspilikueta (2. Antonio Rudiger, 75).
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 9. Alvaro Morata, 15. Viktor Mozes, 30. David Luis.
Baş məşqçi: Antonio Konte.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (91. Coşqun Diniyev, 70) 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike (18. Tarik Elyunussi, 77), 14. Rəşad Sadıqov (k) (11. Mahir Mədətov, 70), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14609
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."