www.sinerjipro.net

SinerjiProWide
Reklam

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Tiflisdə keçirilən təlim-məşq toplanışı çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunlarının hər ikisində məğlub olub.

Yenicag.az saytına açıqlama verən yığmamızın baş məşqçisi Vüqar Məmməd 2:5 və 1:2 hesablı məğlubiyyətləri şərh edib:

“Əvvəla, bizi dəvət etdikləri üçün Gürcüstan Futbol Federasiyasının rəsmilərinə təşəkkürümü bildirirəm. Oyuna gəldikdə isə bu, U-16 səviyyəsində ilk beynəlxalq oyunumuz idi. Bütün futbolçulara şans verdik. Bundan başqa biz bura müxtəlif səbəblərdən 7 futbolçumuzu gətirə bilmədik. Bizim üçün sevindirici haldır ki, 3 futbolçumuz özündən bir yaş böyük U-17 millimizin düşərgəsində idi. Daha bir futbolçumuz isə ailə məsələsinə görə bizə qatıla bilmədi. Bundan başqa 3 oyunçumuz da zədəlidir. Türkiyədə noyabr ayında keçiriləcək beynəlxalq turnirə dəvət almışıq. Çatışmayan cəhətlərimiz haqqında onu deyə bilərəm ki, belə oyunları çox az keçirdirik. Futbolçulara təzyiq altında olan oyunlar çox lazımdır. Təəssüf ki, ölkə çempionatında il ərzində bu tip oyunlar dörd-beşdən çox deyil. Klublarda milliyə dəvət alan futbolçulara xüsusi diqqət ayırmaq lazımdır. İlk beynəlxalq görüş olduğu üçün səhvlərin mövcudluğu təbii haldır. Gələcəkdə bu səhvləri aradan qaldırmağa çalışacağıq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1139
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.