www.sinerjipro.net

SinerjiProWide

“Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir”

Reklam

XIX əsrin ən ağır bəlalarından biri olan şəkərli diabet xəstəliyi.

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Ən böyük faciə isə bu xəstəliyin ölkəmizdə sürətlə yayılması və gəncləşməsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Aysel Cahangirovanın “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” layihəsi çərçivəsində Astara Rayon Pedaqoji Kollecində tələbələr qarşısında şəkər xəstəliyinin yaranma və proflaktikası, simptomları və müalicəsi, düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı təlim keçirilib. Bununla yanaşı şəkər xəstəliyinin qurbanı olan gənc bir qızın bir günlük həyatından bəhs edən “Mənim bir günüm” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə şəkər xəstəliyindən əziyyət çəkən və bunu öz həyat tərzinə çevirən gənc bir qızın öz həyat hekayəsini danışmasından bəhs olunur.

Nəzərinizə çatdıraq ki, layihə Astara rayonu da daxil olmaqla Lənkəran, Masallı və Lerik rayonlarında gənclər qarşısında nümayiş etdirilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."