!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəki bazarında 90 konteyner, 20 piştaxta yanıb –Video,Foto

!Reklam – Yazi

sheki_yangin_121016_04-300x174Bu gün Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

* * *

Şəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı paltar mağazasından başlayıb və alovun miqyası böyüyərək digər mağazalara da keçib.

Paltar mağazasında qısaqapanma baş verib və nəticədə yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almağa çalışsalar da, yanğını söndürmək hələlik mümkün olmayıb. Əhalinin təhlükəsizliyi üçün əraziyə polis əməkdaşları da cəlb edilib.

Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Yevlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.
Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir.

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv