Şəkidə faciəvi ölüm hadisəsi baş verdi

Şəkidə faciəvi ölüm hadisəsi baş verdi

Müəllif: Redaktor

Editor

photo_24110Şəki sakini 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq faciəvi şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində şəhər İcra Hakimiyyətinə məxsus traktorun qoşqusunun altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq traktorun sürücüsü 1962-ci il təvəllüdlü Mustafazadə Asim İspəndiyar oğlunun cəsədini qoşqunun altından çıxarıb və aidiyyatı üzrə təhvil verib.

Əməliyyat saat 18:02-də başa çatıb.

 

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti