!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə qarpız dolu avtomobil yandı – VİDEO

!Reklam – Yazi

14241414542542Ötən gün Şəkinin giriş hissəsinin 4-cü kilometrliyində içi qarpızla dolu avtomobil yanıb.

Yenicag.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin Zəyzid kənd sakini Salmanov Rəhim Salman oğlu 55-BF-731 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən alışıb.

Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Lakin bütün səylərə baxmayaraq avtomobil içindəki 250 kq qarpızla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Sürücünün sözlərinə görə, yanğın avtomobilin arxa hissəsindən başlayıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv