Selfi çəkdirənlər həbs edilir

Selfi çəkdirənlər həbs edilir

Müəllif: Manager

Baş Redaktor

73478Hindistanda polis evli olmadan selfi çəkdirən cütlükləri həbs etməyə başlayıb.

Mumbay polisi “əxlaqı cəhətdən düzgün olmayan” selfilərin çəkilməsində təqsirli bilinən onlarla insanı həbs edib.

Xəbərə görə, Mumbayda Dahisar körpüsündə 20 yaşlarında olan bir qrup gənc oğlan qızlarla birlikdə şəkil çəkdirərkən tutulublar, qızlara toxunan oğlanlara isə pul cəzası kəsilib.

“Əxlaqa zidd” olduğu bildirilən selfilərlə bağlı polisin bu hərəkətləri gələn həftə ölkədə keçiriləcək Navatri festivalı ilə əlaqəli olduğu deyilir. Polisin festival öncəsi bölgədə vəziyyətə nəzarət etdiyi bildirilir.

Mumbay polisi isə açıqlama verib ki, evli olmayan cütlüklərin selfi çəkdirməsinin qarşısının alınması qadınların və qızların hüquqlarının qorunması üçün həyata keçirilir.

Polisin bu addımı yerli əhalidən narazılıqlara səbəb olub. (anspress.com)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti