!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Səmədovanı özümə rəqib saymıram" - Millimizin üzvü

!Reklam – Yazi

“Uzun müddət zədə üzündən xeyli məşqi buraxmalı oldum. İndi formada olmasam da, 1 həftəyə tam hazır vəziyyətə gələcəyimi düşünürəm”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib. O, Azərbaycan Voleybol Federasiyasının “Facebook”dakı rəsmi səhifəsinə açıqlamasında komandamızın və özünün AÇ-2017-yə hazırlığını dəyərləndirib:

“Yelizaveta Səmədovanın uğurlu çıxışı məni qıcıqlandırmır. Onu özümə rəqib saymıram. Kim yaxşıdısa, o da əsas heyətdə oynasın. Səmədova ona verilən tapşırıqları layiqincə yerinə yetirir. Bir voleybolçu kimi Yelizavetaya böyük hörmətim var. Biz həm də yaxın rəfiqəyik. Voleybolda hər şey ola bilər. Oyunun gedişində vəziyyətə uyğun olaraq bir-birimizi əvəzləyə bilərik. Komandamızda həmişə topun qəbuluyla bağlı problem olurdu. Çünki hər zaman yük mənim və Valeriya Məmmədovanın üzərinə düşürdü. İndi Səmədovanın parlaq çıxışı sayəsində belə problem aradan qalxıb.

İndi üzərimizdə böyük təzyiq yoxdu. Hazırda servislər çox çətinləşib. Ancaq biləndə ki, ehtiyatda səni əvəzləyəcək birisi var, bu sənə dəstək verir və səni təzyiqdən xilas edir. Oyunumuzun dinamik alınmaması heyətimizdə Natalya Məmmədova və Polina Rəhimova kimi ucaboy hücumçuların olmasından irəli gəlir. Onlar hündür toplara zərbə endirməyə üstünlük verir. Qələbə üçün dinamik oyun vacib şərt deyil. Bizim özümüzəməxsus oyun üslubumuz var.

Əsas heyətdə kimlərin olacağını deyə bilmərəm. Ancaq Natalya, Polina və Valeriyanın 100 faiz ilk “6-lıq”da yer alacağı dəqiqdir. Favorit kimi yığmamızın adını çəkə bilərəm. Çünki başqa güclü komandaların ciddi problemləri var. Bir çoxunun zədəli oyunçuları mövcuddur. Serbiyanın əsas toppaylayıcısında dopinq aşkarlanıb. Amma bunlar bizi arxayınlaşdırmamalıdır. Biz öz oyunumuza baxacağıq”.

www.yenicag.az

2406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv