Şəmkirdə ağır qəza: bir ölü

Müəllif: Redaktor

Editor

скачанные файлыŞəmkirdə bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Çənlibel kəndinə gedən yolda qeydə alınıb.

Rayonun Ələsgərli kənd sakini, 1970-ci il təvəllüdlü Şəmşir Xəlilov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə gedən “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində sürücü Ş. Xəlilov və maşında olan sərnişin Çənlibel kənd sakini, 1959-cu il təvəllüdlü Fizuli Novruzov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq F. Novruzovun həyatının qurtarmaq mümkün olmayıb, o dünyasını dəyişib.

Məlumata görə Ş. Xəlilov “VAZ 2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, F. Novruzovu evinə aparanda qəza törədib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir