yenicag.az
yenicag.az

Şəmkirdə güclü partlayış – Ev yerlə yeksan oldu – FOTO

Şəmkirdə güclü partlayış – Ev yerlə yeksan oldu – FOTO

Müəllif: Redaktor

Editor

unnamed (4)Şəmkirin Düz Qışlaq kəndində güclü partlayış baş verib.

ARB Kəpəz xəbər verir ki, hadisə kənd sakini Akif Əliyevə məxsus evdə qeydə alınıb.

Məlumata görə, ev sahibi bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə birgə kirayə qalan Hacıyev iki gün evdə olmayıb, bu müddətdə isə evdə qaz sızması baş verdiyi deyilir. Evə gəlib işığı yandırmaq istəyərkən güclü partlayış olub. Nəticədə sahəsi 250 kvadratmetr olan ev tamamilə dağılıb.

Güclü partlayış nəticəsində təxminən 250 kv metriklik ev yerlə yeksan olub. Hadisə şahidlərinin bildiridiyinə görə, evdə kirayəşin yaşayan şəxs partlayış zamanı ciddi xəsarət alıb.

Partlayışın gücündən ətrafdakı evlərə də ziyan dəyib – damları uçub, pəncərələri sınıb, divarlarında çatlar yaranıb.

Nizami Nəcəfov – hadisə şahidi: “Evdə oturmuşduq birdən güclü partlayış olub. Çıxdıq ki, qonşunun evi partıayıb. Bizim evədə ziyan dəyib barı çartlayıb, qonşunu evindədə ziyan dəyib dam örtüyü, aynaları qırılıb.”

Ceyran Məcidova – hadisə şahidi: “Bizdə gələndə gördük ki, qonşunun evi partalayıb. Mənim evimədə ziyan dəyib.

Ağır yanıq xəsarətləri alan Ramin Hacıyev Bakı xəstəxanalarından birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

8.jpg görüntüleniyor

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti