Şəmkirdə partlayış baş verib

Müəllif: Redaktor

Editor

136524_res_01Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv.m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır