!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sən Bizə Əmanətsən” Salyanda

!Reklam – Yazi

12767683_1125563677488341_1950546530_nPrezident yanında Gənclər Fondunun maliyyə dəstəyi,Cənub Regional Televiziya Şirkəti və Lənkəran Gənclər və İdman İdarəsinin tərəfdaş təşkilatçılğı ilə Salyan rayonunda yerləşən Kukla Teatrında “Sən Bizə Əmanətsən” adlı kompazisiya-tamaşanın təqdimatı olub. Məktəblilər və gənclər qarşısında nümayiş olunan layihənin rəhbəri Orxan Cahangirovdur.

Kompazisiya-tamaşada əvvəlcə 1992-ci ilin 26 fevralında Xocalı soyqrımında amansız işgəncələrə məruz qalan faciə qurbanları ,həmçinin vətən uğrunda canlarından keçən şəhidlər haqqında şerlər və kadrlar nümayiş olunub.

Kompazisiyada Azərbaycanlılara qarşı zaman-zaman vəhşilik aktları törədən ermənilərin iç üzü göstərilib.Və bu vəhşiyə müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə son qoyulması bir daha tamaşaçıların diqqətinə çatdırıdı.O zaman çətin analarını yaşayan Azərbaycan xalqı öz xilaskarına səslənərək,onun Azərbaycana qayıtmasını istədilər.Bu insanların səsinə səs verən milli lider xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Elə bu qayıdışı ilə də Azərbaycanın xilaskarına çevrildi. Və bugünkü güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ən əsası Azərbaycanın üçrəngli,əzəmətli bayrağını bütün dünyaya tanıtdı.

Rejissoru Tural Kərimov olan kompazisiya-tamaşada rolları Lənkəran Dövlət Dram Teatrının aktyoru Azərbaycanın əməkdar artisti Sücəddin Mirzəyev, aktrisa Aynur Əhmədova və gənclər canlandırıblar. Tədbir çərçivəsində ən əsas məqamlardan biri də Azərbaycan himninin sədaları altında böyükölçülü üçrəngli dövlət bayrağının tamaşaçıların başı üzərindən dalğalandırılaraq səhnəyə gətirilməsi oldu.Hansı ki ,bu Azərbaycan gəncinin dövlətinə və ən əsası bu dövlətin mühüm atributlarından olan bayrağına olan sevgisinin ,sadiqliyinin təcəssümüdür. Layihənin adıda məhz burdan qaynaqlanır. Sən bizə Əmanətsən, Azərbaycan bayrağı!!!

Nəzərinizə çatdıraq ki “Sən Bizə Əmanətsən” adlı kompazisiya Salyandan əvvəl Neftçala və Biləsuvar rayonlarında gənclər və məktəblilər qarşısında nümayiş olunub.

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv