Yazı İçi 468×60

55839_b8tujbigxvNoyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Artıq indidən namizəd olacaq şəxslər seçki kampaniyasına hazırlaşırlar.

Sənət nümayəndələri arasında da artıq millət vəkili olmağa iddia edən şəxslər var. Əməkdar artist Elza Seyidcahan bir müddət öncə mətbuata belə bir fikirdə olduğunu açıqlamışdı.

Bəs görəsən, hər zaman kəskin çıxışları ilə seçilən xalq artisti İlhamə Quliyeva bu barədə nə düşünür? Onun namizəd olmaq fikri varmı?

Sənətkar açıqlamasında bildirib ki, bəzi millət vəkillərindən daha çox işlər görsə də, deputat olmaq fikrində deyil:

“Ölkəmin əsgəriyəm, bəzi millət vəkillərinin görmədiyi işləri mən görürəm. Ona görə də millət vəkili olmaq fikrim yoxdur. Ancaq bir iradım var ki, yerindən duran şou adamları parlamentdə oturmaq fikrinə düşüblər. Bu çox ayıb bir şeydir. Vay o günə ki, bizim şou adamları gedib orada oturacaq. Yetərincə savadlı, ağıllı millət vəkillərimiz var. Düzdür, bir-ikisi yararsızdır. Hesab edirəm ki, layiq olmayan kəslər başlarından yuxarı tullanmasınlar, ayıbdır. Parlamentdə oturmaqdan ötrü gərək millətə, dövlətə layiq savadın, biliyin, dünyagörüşün olsun. Yoxsa ki, sən meymun hərəkətləri elə, get parlamentdə otur”.

Sənətkar bir müddət öncə deputat olmaq istədiyini açıqlayan Elza Seyidcahanın fikirlərinə isə sərt reaksiya verib:

“Çox ayıb olsun onunçun. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur”(ölkə).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."