Yazı İçi 468×60

dilmaaaBraziliya senatorları ölkə prezidentini yarım il müddətinə vəzifədən uzaqlaşdırıblar.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, prezident Dilma Russefə qarşı impiçmentin lehinə 55, əleyhinə isə 22 senat səs verib.

Məlumat üçün bildirək ki, qanuna əsasən,prezidenti vəzifədən uzaqlaşdırmaq üçün palatada sadə səs çoxluğu – 41 səs kifayət edir.

Russefin taleyi barədə müzakirəyə senatorlar təxminən 20 saat vaxt sərf ediblər. Prezidentin səsvermə başlamazdan öncə əşyalarının prezident sarayından şəxsi iqamətgahına aparılması barədə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, son bir neçə aydır ki, Braziliya müxalifətçiləri Dilma Russefin istefasını tələb edirlər. Deputatlar onu büdcə məlumatlarını manipulyasiya etmək və öz seçki kampaniyasında dövlət əmlakından istifadə etməkdə ittiham edirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."