!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Senatorlar Trampa çağırış etdi - Rusiya sanksiyalardan qurtulmağa layiq deyil

!Reklam – Yazi

ABŞ kongresinin üzvləri prezident Donald Tramp adminstrasiyasını “Exxon Mobil”ın müraciətinə etiraz etməyə çağırıb.

Yeniçağ.Az  OilGas.az-a  istinadən xəbər verir ki, “Rosneft”lə birgə layihələrin antirusiya sanksiyalarından çıxarılmaması çağırışı ilə həm demokratlar, həm də respublikaçılar çıxış edib.

“Vladimir Putin hər hansı sanksiyaların qüvvədən düşməsinə layiq olacaq heç bir addım atmayıb”, -deyə Nyu-Cersi ştatının senatoru Bob Menendes vurğulayıb.
Senator Marko Rubio sanksiyaların ləğvinin milli maraqlara zidd olduğunu açıqlayıb:

“Rusiyanın qadağan olunmuş strukturları ilə iş aparılmasına icazə “ExxonMobil”ın da marağında ola bilər. Lakin bu, ABŞ milli maraqlarına cavab vermir”.
Xatırladaq ki, “Exxon Mobil” rəhbərliyi neftçilər üçün istisna etməsi və “Rosneft”lə əməkdaşlığa icazə verməsi üçün ABŞ hökumətinə müraciət edib.

 

Yeniçağ.Az

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv