!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənədləri saxta olan millət vəkili gündəmdədir…

!Reklam – Yazi

imagesAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

Media Təqib Mərkəzi deputatlarla bağlı mart ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 19805 xəbər yerləşdirilib. Bunlardan 527 xəbər mənfi, 334 xəbər müsbət və 18944 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Nəriman Əliyev (104 xəbər – deputatın diplomunun, hərbi biletinin saxta olması iddiası), Hacı Salayev (58 xəbər – çörək zavodu ilə bağlı şikayətlər, deputatın oğlu ilə bağlı iddialar və s.), Rüfət Quliyev (46 xəbər – seçicilərini qapıdan qovması, iki ayağını itirmiş qazini təhqir etməsi iddiaları).
Mehriban Əliyeva (300 xəbər – müxtəlif medallarla təltif olunması) və Mixail Zabelin (28 xəbər – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması) isə müsbət xəbərlər arasında liderdirlər.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 2534 xəbər
2. Rövnəq Abdullayev 1579 xəbər
3. Oqtay Əsədov 997 xəbər
4. Qənirə Paşayeva 831 xəbər
5. Vasif Talıbov 661 xəbər
6. Siyavuş Novruzov 595 xəbər
7. Vahid Əhmədov 532 xəbər
8. İsa Həbibbəyli 493 xəbər
9. Hadı Rəcəbli 467 xəbər
10. Cavid Qurbanov 425 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2300 xəbər dərc edilib. Bu xəbərlərdən 2266-sı neytral, 27-si müsbət, 7-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Elmira Axundova (2 xəbər – deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı), Nəriman Əliyev (2 xəbər – deputatın diplomunun saxta olması iddiası), Şəmsəddin Hacıyev (2 xəbər – deputatın rektor olduğu müddətdə universitetdə rüşvət alması iddiaları) və Mirkazım Kazımova (1 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi) məxsusdur. Müsbət xəbərlər isə Mehriban Əliyeva (24 xəbər – müxtəlif medallarla təltif olunması) və Mixail Zabelinə (3 xəbər – prezidentin fəxri diplomu ilə təltif edilməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 333 xəbər
2. Rövnəq Abdullayev 114 xəbər
3. Oqtay Əsədov 107 xəbər
4. Siyavuş Novruzov 89 xəbər
5. Əflatun Amaşov 79 xəbər
6. İsa Həbibbəyli 57 xəbər
7. Vasif Talıbov 54 xəbər
8. Fuad Muradov 51 xəbər
9. Musa Quliyev 51 xəbər
10. Vahid Əhmədov 49 xəbər

Mart ayında televiziya kanallarında deputatlar haqqında 1472 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 221 xəbər
2. Rövnəq Abdullayev 142 xəbər
3. Oqtay Əsədov 77 xəbər
4. Fuad Muradov 61 xəbər
5. Ziyad Səmədzadə 50 xəbər
6. Çingiz Qənizadə 41 xəbər
7. İsa Həbibbəyli 39 xəbər
8. Vahid Əhmədov 35 xəbər
9. Kəmaləddin Qafarov 34 xəbər
10. Əhliman Əmiraslanov 33 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv