www.sinerjipro.net

SinerjiProWide
Reklam

Cars_030309rtghRayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələb sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək.

Bunu baş nazirin müavini, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov jurnalistlərə deyib.

A.Şərifov deyib ki, yol polislərinə xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problemin olmaması barədə tapşırıq verilib: “Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqda tam şərait var. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir?”

A.Şərifov yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması məsələsinə də toxunub. O qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur: “Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının rahat hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Mən burada problem görmürəm”.

Komissiya sədri minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı məsələnin iqtisadi tərəflərinin nəzərə alınmasını da zəruri sayıb: “Tutaq ki, köhnə “Jiquli” minik avtomobili ilə Bakıya gəlirik. Nə kondisioneri var, filan qədər benzin işlədir, amortizatordan isə danışılası deyil. Yayın istisində otururuq bu maşına, 3-4 uşaqla 4-5 saata Bakıya gəlirik. Halbuki o insanlar avtobusla paytaxta gəlsələr, bu qədər xərcə, əziyyətə düşməzlər. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir. Əhalisi Azərbaycanla müqayisə olunacaq istənilən Avropa ölkəsini, yaxud elə İsraili götürək. İsraildə 1 ildə avtomobil qəzasında 190-200 nəfər həyatını itirir, Azərbaycanda 1300 nəfər yol qəzalarının qurbanı olur, İsraillə müqayisədə 4 dəfə çox insan isə xəsarət alır, şikəst olur. Təəssüf ki, heç birimiz bunu düşünmürük. İnsan sağlamlığı hər şeydən önəmlidir”(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."