!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separat “Xankəndi” görüşlərinin detayları açıqlanır

!Reklam – Yazi

1363601927_musavadfgt-axcpFazil Mustafa: “Əli Kərimlinin Müsavat Partiyasının Milli Məclisə düşməməsi şərtilə iqtidarla danışıqları olmuşdu”

2000-ci il parlament seçkiləri ərəfəsində Əli Kərimli hakimiyyətlə sıx təmasda olub. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O, bildirib ki, həmin vaxt Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: “Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, “Müsavat”la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP “yurdçular”a və “klassiklər”ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.

S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: “Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var”.

Tarixə yenidən baxış etmək üçün Yenicag.az olaraq o zamanlar AXCP-də təmsil olunan, Milli Məclisin hazırkı deputatı Fazil Mustafa ilə əlaqə saxladıq. Bizimlə söhbətdə o,Ə. Kərimlinin 2000-ci ildəki həmin fəaliyyəti haqqında iqtidar təmsilçisinin dediklərini bütünlüklə təsdiqlədi: “Siyavuş Novruzovun Əli Kərimli haqqında dedikləri bu sözlərin hamısı doğrudur. Onun söylədikləri faktik olaraq həmin dövrdə Əli Kərimli ilə “Xankəndi” restoranında iştirak edənlərin dedikləridir. S. Novruzovun bu dedikləri haqqında 2000-ci ildə bizim kifayət qədər geniş məlumatımız var idi. Faktlara istinad etmək istəyirlərsə, xatırlasınlar ki, 2000-ci ilin seçki dövründə Müsavat Partiyası üçün ayrılan reklam vaxtında televiziya ilə çıxışım oldu. Burada çıxış edərək bildirdim ki, hazırda AXCP adında tanınan qrup hakimiyyətlə iş  birliyinə gedərək, parlamentdə yer alıb. Ona görə də əsl cəbhəçiləri Müsavat Partiyasına səs verməyə çağırdım.

Əli Kərimlinin Müsavat Partiyasının Milli Məclisə düşməməsi şərtilə iqtidarla danışıqları olmuşdu. Belədə bu ərəfədə Əli Kərimli və dəstəsinin cəbhəni təmsil etməyəcəklərinə işarə vurdum. S. Novruzov isə bunu çox gec, hardasa 16 il keçəndən sonra açıqlayıb. O zamanlar hansı hadisələrin baş verdiyini, Əli Kərimlinin kiminlə və necə görüşlər keçirdiyi barədə dəqiq məlumatlarımız var idi. Əslində keçmişə qayıdışın tərəfdarı deyiləm.

Amma təmizlik və dürüstlükdən dəm vuran Əli Kərimli kimi adamların o zamanlar hansı çirkin oyunların içində olmasını yaxşı ki, bu günkü hakimiyyət təmsilçiləri artıq açmağa başlayıb. Tam açılsa görüşlərin hansı formatda olduğu, hətta müxalifət cinahında maneə olanların cəzalandırılması, hakimiyyətdən hərbi xidmətə göndərilməyim barədə xahişin edilməsi kimi çox mətləblər üzə çıxacaq. Onda görəcəksiniz ki, əslində dürüstlükdən dəm vuran bu adamların, onlara ümumiyyətlə bel bağlamaq olmaz qədər ciddi günahları var”

ELÇİN

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv