Ser Filip Kreven Azərbaycana gəlir

Ser Filip Kreven Azərbaycana gəlir

Müəllif: Redaktor

Editor

publika.az1453989527ParalimpiyaBeynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycana gəlir.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaqdır. Onu Beynəlxalq paralimpiya hərəkatının 7 nəfər görkəmli şəxslərindən biri, Paralimpik Ordeninin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse prezidenti Entoni Seynsburi müşayət edecekdir. Səfər müddətində Ser F. Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər keçırəcəkdir. O, Milli Paralimpiya Komitəsinin və Uşaq Paralimpiya Komitəsinin idmançıları və məşqçi heyəti ilə də görüşəcəkdir.

Qeyd edək ki, Ser Filip Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq “Ədalətli Oyunlar” Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının fəxri cəngavər-bakalavrıdır.

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti