Yazı İçi 468×60

145468_res_01Xəbər verildiyi kimi ötən bazar günü Rusiyada erməni milyarder Samvel Karapetyan oğluna dəbdəbəli toy edib. Rusiya mağazin mediası yazır ki, azərbaycanlı oliqarx Telman İsmayılova məxsus “Safisa” restoranında keçirilən toy inquş neft maqnatı Mixail Qutseriyevin həmin restoranda keçirilən toyundan heç də geri qalmayıb.

Virtualaz.org xəbər verir ki, toyda Ermənistan prezidenti Serj Sərkisyanın da iştirak etdiyi məlum olub. “Tatler” online nəşrinin bildirdiyinə görə Sərkisyan videokameraların obyektivinə tuş gəlib, ancaq onun toyda iştirakı haqda erməni mənbələri xəbər vermir. Bununla belə Sərkisyanı toydan yayılan videokadrların 59-cu saniyəsində görmək olar.

Məsələnin digər maraqlı tərəfi budur ki, “Safisa” restoranına Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın iddiası ilə həbs qoyulub. Çünki T.İsmayılovun həmin bank qarşısında on milyonlarla dollarlıq borc öhdəliyi var. Bankın iddiası əsasında “Safisa” restoranı və Moskvanın Nikitsk bulvarında otel inşası üçün nəzərdə tutulmuş ərazi “MBA-Moskva”nın aktivləri sırasında daxil edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."