“Sərkisyanın Qarabağa səfəri heç nəyi dəyişdirməyəcək” – Politoloq

Müəllif: Redaktor

Editor

sarkisyan“Sərkisyanın Qarabağa gizli səfəri hərbi-siyasi şouya bənzəyir”.

Bunu Yenicag.Az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Qarabağa gizli səfəri haqda danışarkən politoloq İlqar Vəlizadə söyləyib.

Politoloq bildirir ki, aprel məğlubiyyətindən sonra Ermənistanda Sərkisyanı hələ də tənqid edirlər:

“Digər tərəfdən də Sərkisyan son 10 il ərzində Ermənistan ordusuna kifayət qədər yardım və diqqət yetirmədiyinə görə tənqid olunur. Korrupsiya və digər məsələlər ölkəni acınacaqlı vəziyyətə salıb. Əslində, bu cür tənqidi münasibət Sərkisyanın zərərinədir. Çünki gələn ilin aprel ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Sərkisyanın isə reytinqi çox aşağıdır. Bütün hallarda biz bilirik ki, seçkilərin nəticələri saxtalaşdırılacaq. Saxtalaşdırılma məsələsi də çox müəmmalıdır: biri var toplanılan səsin 10-20 faizini saxtalaşdırasan, biri də var ki, 50-60 faiz səsi… Sərkisyan da reytinqi yüksəltmək üçün hazırkı vəziyyətə nəzarət edir və ordu quruculuğunda bilavasitə iştirak edir. Bunların hamısı sadəcə, boş və mənasızdır. Çünki onun bu səfəri heç nəyi dəyişdirməyəcək. Əksinə, vəziyyəti daha da mürəkkəbləşdirərək, danışıqlar prosesini qat-qat pis duruma salır. Və belə hallar davam edərsə, əlbəttə ki, aprel hadisələrinin təkrarlanması heç də istisna olunmur.

İlqar Vəlizadə ile ilgili görsel sonucuBu döyüşlərin baş verməsi o demək deyil ki, bunlar kifayət qədər silahlanmayıb və ya hərbi cəhətdən kifayət qədər hazırlıqlı deyildilər. Əsas amil Ermənistan iqtisadiyyatının çox zəif olmasıdır. Belə bir vəziyyətdə əhali də köçür, iqtisadi cəhətdən pul imkanları azalır, hətta Rusiyadan kredit alıb qaytarmağa belə çətinlik çəkirlər. Bu durumda olan ölkənin heç bir uğurlu əməliyyatından söhbət gedə bilməz. Bu məsələlərdə Ermənistanın siyasi elitası daha köklü analizlər etməlidirlər. Siyasi elita isə yalnız üzdə olan problemləri əsas gətirərək, onları təhlil edib nəticə çıxarırlar. Əslində, Ermənistan hakimiyyətinə elə bir qüvvə gəlməlidir ki, ümumiyyətlə, o, bütün məsələlərə tənqidi yanaşsın”.

Gülnarə Eynullaqızı
Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır