Sərnişin avtobusu aşdı – 33 nəfər öldü

Müəllif: Redaktor

Editor

qeza olulerrNepalda sərnişin avtobusunun aşması nəticəsində 33 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, paytaxt Katmandunun 80 kilometr şərqindəki Deurali kəndinin dağlıq Arniko avtomagistralında aşan avtobus 150 metr sürüşüb. Avtobusun tutumundan çox sərnişin daşıdığı bildirilir.

Nepalda yol qəzalarının çoxu iyun ayında başlayan və sentyabr ayında sona çatan musson yağışlarının güclü olduğu dövrdə baş verir. Baxımsız yollar ölkədəki avtobus qəzalarının artmasına səbəb olur.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır