Sərnişinlərə şad xəbər

Sərnişinlərə şad xəbər

Müəllif: Redaktor

Baş Redaktor

baku-bu0“BakuBus” avtobuslarında kondisionerlər daimi olaraq mayın sonundan qoşulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ “BakuBus”-a məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmamasıdır deyə o bildirib: “Məlumat üçün qeyd edim ki, tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə bu problem aradan qaldırılar. Daimi rejimdə fəaliyyətə isə Mayın sonundan keçiləcək”.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti