!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şərqdə müsəlmanlar əziyyət çəkir, Avropada isə..." - Erkan Özoral

!Reklam – Yazi

Bu gün Nəsimi rayon icra hakimiyyətində “İslam həmrəyliyi və milli mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Misir səfirliyinin attaşesi, millət vəkilləri Asim Mollazadə, Məlahət İbrahimqızı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər. Tədbirə həmçinin, İslam dövlətlərindən gələrək, ölkəmizdə təhsil alan tələbələr də qatılıblar.

Müxtəlif ölkələrin milli geyimlərində olan uşaqların iştirakı ilə nümayiş keçirilib.

Daha sonra Nəsimi rayon icra hakimiyyətinin sədri Asif Əsgərov tədbir iştirakçılarını salamlayıb.

Türkiyə prezidentinin dəvətilə cənab prezident İlham Əliyevin D-8 zirvə görüşünə qatılmasından bəhs edən sədr, hər iki qardaş ölkənin İslam həmrəyliyinə böyük töhfələr verdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışı zamanı uşaqların çıxışından kövrəldiyini söyləyib:

“Uşaqların bu çıxışı bizə onu sübut etdi ki, bizlər islam ölkələri olaraq, birləşsək çox xoşbəxt yaşayarıq. Bu il Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları cənab prezident İlham Əliyevin uzaqgörənliyindən xəbər verir.

Bu gün İraqda, Suriyada, Arakanda müsəlmanlar böyük əziyyətlər çəkir. Avropada isə islamafobiya hökm sürür. Biz bu vəziyyətlə mübarizə aparmalıyıq.

Getdikcə dünyada təhlükəli bir qütbləşmə yaranır. Buna görə də biz bütün müsəlmanların həmrəy olmasının vacibliyini tez-tez onlara xatırlatmalıyıq. Azərbaycan və Türkiyə bu mövzuda çox yaxşı nümunədir.

Müsəlmanlara qarşı ədalətsizliyin hökm sürdüyü yerlərdən biri də Dağlıq Qarabağdır. 25 il əvvəl torpaqlarını itirərək məcburi köçkün vəziyyətinə düşən qardaşlarımız bu gün də o ağrını ürəklərində hiss edirlər.

Pezidentimiz 3 gün sonra Bakıya gələcək. İşlərin çox olmasına baxmayaraq, bu tədbirə qatılmaq üçün əlimdən gələni etdim. Gəldiyim üçün çox məmnunam.”

Azərbaycan dilində çıxış edən Misir səfirliyinin attaşesi isə ölkəmizdə multikultural dəyərlərə verilən qiymətdən danışıb:

“Qərb ölkələrində hər zaman islamafobiya mövcud olub. Biz öz əməllərimizlə bunun qarşısını almalıyıq. Mən cəbhə xəttinə qədər getmişəm, Azərbaycanın heç bir rayonunda ayrıseçkilik görməmişəm. Hər zaman deyirəm ki, mən azərbaycanlıyam.

1994-cü ildə ümummilli lider Heydər Əliyev Misirə rəsmi səfər etmişdi. Hal-hazırda isə ölkəmizdə onun heykəli var. Qeyd edim ki, Misirdə başqa ölkə liderlərinin şərəfinə abidə acaldılmayıb. Bu, əlaqələrimizin möhkəmliyindən xəbər verir.”

Tədbirin sonunda uşaqlar müxtəlif rəqslər edib, iştirakçılar birlikdə xatirə şəkli çəkdiriblər.

Emin Səfərov

Aytək Yusifsoy

www.yenicag.az

2549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv