!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş halda avtoşluq etdi - Milli Elmlər Akademiyasına məxsus maşınla - VİDEO

!Reklam – Yazi

“10-AA-370” sürücüsü sərxoş vəziyyətdə avtoxuliqanlıq etdiyi üçün saxlanılıb.

Yenicag.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları Sabunçu rayon ərazisində müxtəlif manevrlər etməklə avtoxuliqanlıq edən “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla”əmri veriblər. Sürücü avtoxuliqanlıq hərəkətlərini davam etdirərək, əmrə tabe olmayıb. Yol polis əməkdaşlarının yaratdığı süni tıxacın köməkliyi ilə avtomobil saxlanılıb. Sürücü Yusif Yusifov sərxoşluğun müayinəsi məntəqəsinə gətirilib. Müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb. “Mercedes” markalı avtomobil cərimə meydançasına aparılıb. Yusif Yusifovun barəsində isə inzibati protokol tərtib olunub.

Verilən məlumata görə, 10-AA-370 dövlət qeydiyyatlı avtomobil Azərbaycan Milli Elmlər Akademiyasına məxsusdur. Sürücü Yusif Yusifov da AMEA-nın  işçisidir.

www.yenicag.az

3133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv